Dünən "Qalatasaray- "Fənərbaxça derbisində hazırlanan xoreoqrafiyaya görə cinayət işi açılıb.
Unikal.org-un sözcü.com.tr-yə istinadən məlumatına görə, bununla bağlı ölkənin baş naziri Binəli Yıldırım tapşırıq verib.
Buna səbəb isə qarşılaşmadan aşağıdakı şəkildə gördüyünüz xoreoqrafiyadır.
Bu şüarların Fətullahçı Terror Təşkilatının adı ilə bağlayırlar. Çünki həmin heykəl hazırda Fətullah Gülənin sığındığı Pensilvaniya ştatında yerləşir. Bundan başqa, bir neçə gün bundan qabaq da Fətullah Gülən də çıxışı zamanı Necib Fazilın "Ayağa qalx, Sakarya şeirini səsləndirib.
"Qalatasarayklubunun rəsmi saytında bu məsələ ilə bağlı açıqlama verilib.
Açıqlama da qeyd edilib ki, ötən il Bursada yerli komanda ilə qarşılaşmalarında məhz bu plakat açılıb və buna cavab olaraq hazırlanan plakatdır.