UEFA Türkiyənin "Beşiktaş" klubunu 25 min avro məbləğində cərimələyib.

Unikal.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Türkiyə komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın "Leypsiq klubunu qəbul edərkən stadionda işıqların sönməsidir.
Qeyd edək ki, sentyabrın 26-da "Beşiktaş"ın "Vodafone Park stadionunda "Leypsiq" üzərdə 2-0 qalib gəldiyi matçın 60-cı dəqiqəsində işıqların sönməsi səbəbindən oyunda 10 dəqiqə fasilə yaranmışdı.