Vladiqafqazdakı "Spartak stadionu əsaslı şəkildə təmir olunacaq. 

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. O, Şimali Osetiya rəhbəri Vyaçeslav Bitarovla görüşdə arenanın əsaslı şəkildə təmir olunacağı vədini verib.

1962-ci ildə tikilmiş stadion Osetiyanın əsas simvollarından biri sayılır. Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanovun da şərəfəni qoruduğu "Alaniya ev oyunlarını məhz bu stadionda keçirib.