Məşhur qapıcı, "Botafoqonun və Braziliya yığmasının üzvü Cefferson qarət olunub.

Unikal.org xəbər verir ki, cinayətkarlar oyunçunun avtomobilini qaçırıblar. Hadisə Rio-de-Janeyroda baş verib.

Şəxsiyyəti bəlli olmayan kəslər Ceffersonun avtomobilini saxlayaraq, onun başına tapança dirəyiblər. Onlar qapıçını maşından düşürərək, avtomobili qaçırıblar.

Cinayətkarların hərəkəti təhlükəsizlik kamerasına düşüb. Onların tutulması üçün əməliyyat aparılır.