Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb. 
N. Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib. Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb. 
Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. 

"Lotu Quli"nin azadlığa buraxılması barədə ilk olaraq "musavat.com" saytı məlumat yayıb.

xxx

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli gürcü dilində "ürək deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar) yaxın dost olub.

"Otarın 2003-cü il martın 21-də Moskvadakı "Suşi barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranskiyə "oğru adı verən "Nardaranlı Mirseymur da qətlə yetirilir ki, bunu da indiyədək "Qulinin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron restoranında baş vermiş atışmada da "Quli və "Lənkəranski tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğrular və kriminallar bu davada əsasən "Qulini dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan) alıblar.

"Qulinin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Qulinin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.