Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayonu ərazisində Aşıq Molla Cümə küçəsində "Toyota Prado" markalı 90 TE 887 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub. 71 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
 
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.