"Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən zaman qaçan məhbuslar Əli Ağami və Etibar Məmmədov "Lotu Quli kimi tanınan Nadir Səlifovun yaxın adamları deyil".

Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında "Lotu Qulinin vəkili Təranə Əliyeva deyib.

Onun sözlərinəgörə, qatardan qaçan məhbusların N.Səlifovun yaxın adamları olması ilə bağlı mətbuatda yazılanlar yanlışdır: "Biz bilmirik ki, mətbutada niyə həmin şəxsləri Nadir Səlifovun yaxın adamları kimi qeyd edirlər".

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədətəqsirləndirilənƏ.Ağami vəE.Məmmədovun cinayət işinəLənkəran Ağır Cinayətlər Məhkəməsindəbaxılır. Ötən həftədövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətəazadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-dəgecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-dəsəhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdətanınanƏ.Ağaminin hazırda həbsdəolan "Lotu Quliyəyaxın şəxslərdən olduğu bildirilir. "Qoca ləqəbli E.Məmmədov isədaha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrəİstintaq İdarəsindəCinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etməyerindən, həbsdən vəya mühafizəaltından qaçma) və308.2-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə) maddələri iləcinayət işi başlanıb.Hazırda başlanmış cinayət işi üzrəvəqaçan məhbusların tutulması istiqamətindəistintaqəməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisəiləbağlı qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev vəqarovul rəisinin digər müavini Tural Poladxanov istintaqa cəlb edilib.