"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda çərçivəsində "Atletiko ilə İspaniyadakı oyun üçün səfər planı bəlli olub. 

Unikal.org xəbər verir ki, təmsilçimiz Madridə oktyabrın 29-u yola düşəcək.

Ağdam klubu bazar günü saat 15:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə gedəcək. Qurban Qurbanovun komandası martçın ertəsi - noyabrın 1-i Bakıya qayıdacaq.

Xatırladaq ki, "Atletiko" - "Qarabağ" görüşü oktyabrın 31-i Bakı vaxtilə saat 22:45-də start götürəcək.