London Paralimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu cüdoçu Ramin İbrahimov gözündən əməliyyat olunub.

Unikal.org xəbər verir ki, tanınmış idmançının əməliyyatı Türkiyədə Dünyagöz Xəstəxanasında olub. Bu barədə məlumat verən idmançı bildirib ki, hazırda vəziyyəti yaxşıdır: 

"Şükürlər olsun ki, gözümün əməliyatı baş tutdu. Diqqət göstərib, dua edən bütün əzizlərimə dərin minətdarliğımı bildirirəm".

Qeyd edək ki, R.İbrahimov hazırda qızlardan ibarət paracüdo yığma komandasının baş məşqçisidir.