Bir çox ailələrin bəlasına çevrilən "Topaz bu dəfə pulu başqa bir idman növündən çıxarmaq fikrinə düşüb. Belə ki, mərc oyunu şirkəti siyahısına triatlon idmanı da daxil etməyi planlaşdırılır.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycanda bir neçə il öncə yaradılan Triatlon Federasiyası mərc oyunu şirkəti ilə anlaşıb. Yaxın zamanda triatlon idmanı da mərc oyunlarına qoyulub.

Hazırda Azərbaycan Triatlon Federasiyasının rəsmi saytında "Topazın reklamı gedir.

Onu da vurğulayaq ki, federasiya ilə əlaqə saxladığımız zaman xəttə "Topazın reklam çarxı musiqisi səsləndirilirdi.

Aygün İlqarqızı