Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.