Azərbayan Premyer Liqasının 10-cu turunda "Zirənin qonağı olan "Qəbələ rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Unikal.org xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində qonaqlar azlıqda qalıb. Belə ki, "qırmızı-qaraların kapitanı Cavid Hüseynov Milan Duriçlə mübarizədən sonra ona açıq-aşkar əllə zərbə endirib. Matçın baş hakimi Fariz Yusifov isə Hüseynova birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.F.Yusifov özü isə oyunun 51-ci dəqiqəsində diqqət mərkəzinə düşüb. O, "Qəbələnin futbolçusu Famussa Koneyə rəqib futbolçu tərəfindən "Zirənin cərimə meydançası daxilində kobudluğu simulyasiya kimi qiymətləndirib.