Yuventus" futbol üzrə İtaliya çempionatının 11-ci turunda "Milan"ı məğlub edib.

Unikal.org xəbər verir ki, görüş Milan şəhərinin "San-Siro - Cuzeppe Meatsa" stadionunda keçirilib və Turin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər iki qola argentinalı hücumçu Qonsalo İquain imza atıb.

"Yuventus" bu qələbə sayəsində xallarını 28-ə çatdırıb və A Seriyasında ikinci pilləyə yüksəlib. "Milan" (16) 8-ci yerdə qərarlaşıb.

İtaliya - A Seriyası. 11-ci tur

"Milan" - "Yuventus" - 0:2

0:1 - İquain - 23, 0:2 - İquain - 63