"Portunun və İspaniya millisinin qapıçısı İker Kasilyas sabiq komanda yoldaşı Kriştiano Ronaldoyla maraqlı zarafat edib.

Unikal.org xəbər verir ki, 36 yaşlı qolkiper "Realın hücumçusu sosial şəbəkədə canlı yayımda olarkən, ümumi yazışmaya qatılaraq, "Portuqaliyada məni səndən çox sevirlər yazıb. Ronaldo isə sabiq komanda yoldaşının bu "atmacasına gülüşlə cavab verib.

Xatırladaq ki, Kasilyas 1999-2015-ci illər aralığında "Realın şərəfini qoruyub. O, 2015-ci ildən "Portunun uğurları üçün çalışır.