Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın "Atletiko" ilə matçının hakim təyinatları açıqlanıb.

Unikal,org xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qarılaşmanın baş hakimi türk əsilli Dəniz Aytəkin olacaq.

Baş hakim: Dəniz Aytəkin

Köməkçi hakimlər: Quido Kleve, Markus Hesker

Əlavə hakimlər: Daniel Zibet, Benjamin Brand

Dördüncü hakim: Eduard Beytinqer

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" oyunu oktyabrın 31-də, Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.