"Qarabağ ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisinin əsas üzvlərindən Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Çempionlar Liqasının qrup mərhələsinin "Atletiko ilə ev oyununda zədələnən müdafiəçinin əvvəlcə 3-4 həftə kənarda qalacağı gözlənilsə də, bu müddətin daha uzun olacağı məlum olub. Belə ki, daha öncə millimizin üzvünün mensk zədəsi olduğu düşünülsə də, daha sonra diz çarpaz bağlarının qopduğu aşkar olub. 

Almaniyaya əməliyyata yollanmış futbolçunun ən azı 7-8 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.