Bu gün "Qarabağ komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada "Atletikonun qonağı olacaq.

Bu kollektivlərin oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb. İlk turda İngiltərədə "Çelsiyə 0:6, evdə isə İtaliya təmsilçisi "Romaya 1:2 hesabı ilə uduzan "Qarabağ madridlilərlə heç-heçə etməklə ilk xalını aktivinə yazıb. Bu uğurun davamını gətirmək çətin olsa da, nəzəri cəhətdən 1/8 finala vəsiqə qazanmaq da mümkündür.

Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə məğlub olarsa və "Roma evdə "Çelsini üstələyərsə, "Qarabağ üçün ÇL-də mübarizəni davam etdirmək baxımından növbəti iki oyun formal xarakter daşıyacaq. Çünki italiyalılar 8 xalla Azərbaycan çempionu üçün əlçatmaz olacaq. "Çelsi 7, "Atletiko 5 xala malik olsa da, onlar arasında matçın qalması ağdamlıların ümidlərini puç edir.

Qeyd edək ki, C qrupunun digər matçında "Çelsi "Romanı məğlub edəcəyi təqdirdə, 1/8 finala vəsiqə qazanacaq.

Çempionlar Liqası, IV tur, C qrupu

31 oktyabr

23:45. "Atletiko (İspaniya) - "Qarabağ (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Klefe, Markus Heker

Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benyamin Brand

Dördüncü hakim: Eduard Baytinqer (hamısı Almaniya)

Madrid. "Metropolitano stadionu

Xal durumu: "Çelsi - 7, "Roma - 5, "Atletiko - 2, "Qarabağ - 1.