Dağıstanın Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından unikal.org-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 2 qızıl medala sahib olub.

Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olub.