"Qarabağın yarımmüdafiəçisi Dani Kintana Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün Madrid "Atletikosuna qarşı keçirəcəkləri oyundan mətbuata danışıb.

Unikal.org xəbər verir ki, ispan futbolçu "Cadenaser" radiosuna açıqlamasında onları çətin görüş gözldiyini deyib: :

"Atletiko"yla çətin oyun olacaq. İrəli getmək istəyirik, amma bunun çətin olacağını bilirik. Biz evdə daha təhlükəli oluruq.

Kintana İspaniyadan olan jurnalistlərə açıqlamasında Azərbaycanda yaxşı yaşadığını bildirib:

"Azərbaycanda çox yaxşı yaşayırıq. Polşalı həyat yoldaşımla birgəyəm. Bakıdakı mühit futboldan kənar həyat tərzi sürməyimizə yardımçı olur. Orda bizə kral kimi yanaşmasalar da, hər şey çox yaxşıdı. Küçədə problemsiz gəzirik".