Ağsu rayon sakinini ilan sancıb.
Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Ruslan Hacıyev kolluq ərazidə gəzərkən onu ilan sancıb.
O, ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti kafidir.