Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, bir sıra klublar və futbolçular Komitə üzvlərinin qərarı ilə cəzalandırılıb. 

27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun "Qarabağ - "Səbail matçının 43-cü dəqiqəsində "Qarabağ klubunun 25 â„–-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
İntizam Komitəsinin qərarları
28 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun "Neftçi - "Sumqayıt matçında "Sumqayıt klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
28 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun "Zirə - "Qəbələ matçında "Zirə klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 43-cu dəqiqəsində "Qəbələ klubunun 14 â„–-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
26 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun "Ağsu - "Mil-Muğan matçında "Ağsu klubunun 4 ,"Mil-Muğan klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 90+4-cü dəqiqəsində "Mil-Muğan klubunun 3 â„–-li futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır , klub 320 manat cərimə olunur (maddə 42.3).
27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun MOİK - "Turan Tovuz matçının 88-ci dəqiqəsində MOİK klubunun 7 â„–-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun V turunun "Sabah - "Xəzər matçında "Sabah klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 48).
25 oktyabr 2017-ci il Gənclər Liqasında, "Kəpəz - "Qəbələ matçının 78-ci dəqiqəsində "Kəpəz klubunun 15 â„–-li futbolçusu Seymur Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 oktyabr 2017-ci il, U-16 Liqasında, "Sumqayıt - "İnter matçının 80-ci dəqiqəsində "Sumqayıt klubunun 4 â„–-li futbolçusu Elçin Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 oktyabr 2017-ci il, U-16 Liqasında, "Turan - "Kəpəz matçının 78-ci dəqiqəsində "Kəpəz klubunun 6 â„–-li futbolçusu Nemət Musayev və "Turan klubunun 14 â„–-li futbolçusu Fərid Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 42.1).
29 oktyabr 2017-ci il, U-16 Liqasında, "Sumqayıt - "Vətən matçının 70-ci dəqiqəsində "Vətən klubunun 5 â„–-li futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 oktyabr 2017-ci il, U-16 Liqasında, UGİM (Göygöl) - Şəms UGİM-1 matçının 44-cü dəqiqəsində UGİM klubunun 9 â„–-li futbolçusu Arif Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 oktyabr 2017-ci il, U-11 Liqasında, "Gəncə TİM (Gəncə) - "Azəri TİM (Gəncə) matçında "Azər TİM klubunun məşqçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
28 oktyabr 2017-ci il, U-11 Liqasında, "Gənclik FT Gimnaziya (Gəncə) - "Ümid TİM (Gəncə) matçında "Gənclik FT Gimnaziya komandasının iştirak etməməsinə görə 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrar olunduğu üçün komanda yarışlardan kənarlaşdırırlır.
29 oktyabr 2017-ci il, U-11 Liqasında, UGİM (Mingəçevir) - UGİM (Bərdə) matçında UGİM (Mingəçevir) komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 oktyabr 2017-ci il, U-10 Liqasında, "Göyçə (Bakı) - "Sərhədçi (Bakı) matçında "Göyçə komandasının iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 oktyabr 2017-ci il, U-10 Liqasında, "Kəpəz (Gəncə) - UGİM (Gənclərbirliyi) matçında UGİM komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 oktyabr 2017-ci il, U-13 qızlar Liqasında, UGİM (İsmayıllı) - "Natavan Təhsil (Gəncə) matçında "Natavan Təhsil komandasının iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2017-ci il, Qızlar Yüksək Liqasında , "Təhsil FM - "Qubek (Balakən) matçında "Qubek klubunun baş məşqçisi İdris Bədirov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).