Lionel Messi "Barselonada ötən mövsümün ən yaxşı oyunçusu seçilib. 

Unikal.org-un məlumatına görə, bu barədə katalon klubu açıqlama yayıb.
Bildirilib ki, bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.
Leo karyerasında 5-ci dəfə mövsümün ən yaxşısı adına layiq görülüb. O, həmçinin 2009/10, 2010/11, 2012/13, 2014/15 mövsümlərində də bütün komanda yoldaşlarını qabaqlayıb.
Sözügedən mükafatı hərəsi bir dəfə olmaqla Erik Abidal (2011/12), Xavier Maskerano (2013/14) və Luis Suarez (2015/16) də qazanıb.