Adanada Mustafa adlı iş adamının başına qəribə hadisə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı Mustafa internet vasitəsilə 19 və 17 yaşlı iki "qadınla tanış olub.
O, həmin iki nəfərlə görüşmək qərarına gəlib. Görüşə gedikdə isə onların kişi olduğunu görüb və qaçmaq istəyib.
Bu zaman "qadın adı ilə görüşə gələn 2 qardaş Mustafanın başına butulka ilə vurub və onun qol saatını, cibindən 1200 lirə (təxminən 600 AZN) pulunu və mobil telefonunu götürüb qaçıblar.
Yaralanan iş adamı özünü yaxınlıqdakı xəstəxanalardan birinə çatdırıb. Şikayət əsasında qardaşlar tutulub.
Maraqlısı odur ki, qardaşlar Mustafaya ziyan vurmaq istəmədiklərini, ona sadəcə dərs vermək istədiklərini bildiriblər.