"Brent" markalı neftin bir barelinin qiyməti 62 dolları ötüb.

Unikal.org  xəbər verir ki, bu, cümə günü keçirilən hərracların nəticəsində məlum olub.
"Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri 2,33% artaraq bir barelə görə 62,03 dollara çatıb.

WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti 1,95% artıb və bir barel üçün 55,60 dollar təşkil edib.