Salyanda qəbiristanlıqda silah-sursat tapılıb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər qəbiristanlığında təmir abadlıq işləri aparılan zamanı 1 ədəd "AKM markalı silah, 2 ədəd alışqansız "F-1 qumbarası, 3 ədəd patron darağı və 5 ədəd patron aşkar edilib.