Bu gecə ABŞ-ın Kaliforniya əyaləti silahlı hücumla silkələndi. Təcavüzkar bir bara girərək insanlara atəş açıb. Hücumdan sonra bəzi gecə klubları bağlandı və insanlar oradan evakuasiya edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kaliforniya əyalətinin Santa Monica şəhərində gecə klublarının birində baş verib. 

Hadisənin səbəbi və hücumda öldürülən və ya yaralanan barədə hər hansı bir məlumat verilmir.