Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Unikal.org-un "Milliyet"ə istinadən verdiyi məlumata görə, hadisə Hakkari şəhərinin Şəmdinli rayonunda baş verib.
Hadisə zamanı avtomobildə olan üç hərbçi yaralanıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.