22 yaşlı rus gimnast, Olimpiya çempionu (2016-cı il) Marqarita Mamun idman karyerasını yekunlaşdırıb.

Unikal.org-un "Tass.ruya istinadən verdiyi məlumata görə, bu barədə Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova bildirib.

"Marqarita Mamun daha çıxış etməyəcək. Çox təəssüf ki,o, öz missiyasını yerinə yetirdi, - deyə İ. Usmanova söyləyib.

Qeyd edək ki, M Mamun bu ilin sentyabrında üzgüçü Aleksandr Suxorukova ərə gedib.