ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində atışma olub.

Unikal.org-un məlumatına görə, "Los Angeles Times" qəzeti polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, naməlum şəxslər dayanmış avtobusu sərnişinlər yerə düşərkən atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisədən sonra nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini zərər çəkmişlərlə birlikdə polis bölməsinə gətirib.