Ötən gün cənazəsi ailəsinə təhvil verilən "Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun nəşi torpağa tapşırılıb.

Unikal.org xəbər verir ki, "Qafqazinfo mərhumun həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, "Qoca şeirlərini müğənni Fədayə Laçına yox, həyat yoldaşına həsr edib:

""Qoca və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. "Qoca mətbuatda deyildiyi kimi şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə "Qoca evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, "Qocanın adının Fədayə ilə hallanmasına pis olub, - deyə "Qocanın yaxın qohumlarından biri söyləyib.