Ağır yol qəzasında 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə İstanbulda baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralananlar arasında polis əməkdaşı da var.

Hadisə mikroavtobus sürücüsünün idarəetmənin itirməsi nəticəsində baş verib. Avtomobil yol ayrıcısına çırpılıb.

Digər avtomobil, məcburiyyət qarşısında qarşı yola çıxaraq polis maşınıyla toqquşub. Toqquşma nəticədə polis əməkdaşı yaralanıb.

Yaralılar tez zamanda xəstəxanalara çatdırılıb.