Əfqanıstanın Paktiya əyalətində pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində "Taliban" hərəkatının 4 yaraqlısı, həmçinin onun səhra komandirlərindən biri məhv edilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinxua" məlumat yayıb.

"Molla Fərrux Paktiya əyalətinin inzibati mərkəzi olan Qardez şəhərində bir qrup talibin səhra komandiri olub və onun ölümü Paktika əyalətində və Paktiyada, həmçinin qonşu Host əyalətində yaraqlılara ciddi zərbə ola bilər", - deyə "Sinxua" yerli hakimiyyət orqanları nümayəndələrinin sözlərini sitat gətiriи.