Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Seymur Şərifov taksi sifariş edib. O, sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını isyəyib.

Seymur Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmadığını bildirib.

Bu zaman onların arasında mübahisə, sonra onlar əlbəyaxa dava ediblər. Dava zamanı taksi sürücüsü Seymur Şərifovu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.