Bu gün səhər saatlarında Rusiyanın Xabarovsk şəhərində sərnişinlə dolu olan tramvayda yanğın baş verib.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, hadisə baş verdiyi anının görüntülərini şəhər sakinləri sosial şəbəkədə paylaşıblar.

Rusiyanın regional Fövqəladə hallar xidmətindən verilən məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.