Nazirə qarşı hücum olunub. Hadisə Danimarkada baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, immiqrasiya və inteqrasiya naziri İnqer Stoyberq miqrantların düşərgəsini ziyarət etməyə gəlib. Bu zaman deportasiya edilməsini gözləyən bir qrup miqrant Stoyberqə hücum çəkib.

Nazir avtomobilinə minsə də, mühacirlərdən bəziləri onun qaarşısını kəsməyə cəhd edib, avtomobilin üzərinə çıxıb. Naziri onlardan xilas etmək üçün məkandan uzaqlaşmağa cəhd edən sürücü avtomobili işə salıb. Bu zamanə bir nəfər xəsarət alıb.