AFFA ilə qarşılıqlı razılıq əsasında Azərbaycan millisi ilə müqavilə müddətini uzatmayan Robert Prosineçkinin yeni iş yeri Sloveniya yığması olacaq.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Sloveniya mətbuatı yayıb. Xorvat mütəxəssis yerli mətbuata açıqlamasında ailəsi ilə bağlı hələ Bakıda olduğunu, ancaq tezliklə Sloveniya Futbol Federasiyası ilə danışıqlara başlayacağını deyib:

"Azərbaycan millisi ilə müqavilə müddətim dekabrın 15-də bitir. Həmin vaxtadək Bakıda qalacam. Qızım burda məktəbə gedir. Hələ ki, işsiz deyiləm. AFFA ilə bütün sənədləşdirmə işlərini həll edəcəm. Sloveniya Futbol Federasiyasından təklif var. Onlarla danışıqlar aparacam. Federasiya prezidenti Radenko Miyatoviçlə görüşməyi planlaşdırırıq.

Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizin baş məşqçisi idi. Bu yaxınlarda federasiya ilə dekabrda bitəcək müqavilə müddətini artırmamaqla bağlı razılığa gələn xorvat mütəxəssisi Qurban Qurbanov əvəz edib.