Rusiya Türkiyənin etirazı ilə əlaqədar noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyə tərəfindən etiraz edilib.  

Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib. Məsələ ilə bağlı rəsmi etiraza "Kremldən müsbət cavab gəlib:

"Bizə bildirdilər ki, tədbirə PYD dəvət edilməyəcək. Biz Türkiyə olaraq orada iştirak etməyəcəyik, amma müşahidəçi göndərə bilərik.