Sosial şəbəkələrin istifadəçilərini İngiltərənin Oksfordşir qraflığında əkin sahəsində bir yazı çaş-baş salıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, yazıda "Syu" (Sue) və ingilis hərfi "eks" (x) əks olunub. Yazı yerli polis tərəfindən helikopterdən çəkilib, "Tvitter" sosial şəbəkəsində paylaşılıb: "Kimsə Testvortdan cənubda, M40 yolunun o tərəfində Syunu tanıyır?"

Sosial şəbəkələrin istifadəçiləri #FindSue ("Syunu tapmaq") və #WhoIsSue ("Syu kimdir") xeşteqləri ilə paylaşımlar etməyə başlayıblar. Nəticədə müxtəlif nəzəriyyələr ortaya çıxmağa başlayıb - bir versiyaya görə "x" hərfinin ortasında xəzinə basdırılıb, bəziləri hətta yadplanetlilərin müdaxiləsini qeyd ediblər.

Məlum olub ki, yazını yerli fermer Mürrey Qrem sahələrin emalı üçün nəzərdə tutulan kimyəvi maddələrin köməyi ilə öz həyat yoldaşı üçün edib. "X" hərfi də, ehtimala görə, öpüş kimi istifadə olunub. O deyib ki, bununla o həyat yoldaşına öz sevgisini göstərmək istəyirdi: "İstifadə olunmamış bir neçə kimyəvi maddəm qalmışdı, fikirləşdim ki, görəsən onları istifadə edib onun üzündə təbəssüm yarada biləcəm, ya yox?"

Yazını fermerin 21 yaşlı oğlu helikopterdən çəkməlidi idi, lakin polis əməkdaşları bunu daha tez ediblər.