Silahlı şəxslər tutulub. Rusiyanın paytaxtı Moskva şəhərində baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın mərkəzində təxminən 263 nəfər saxlanılıb.

Manej meydanında 200-dən çox adam, digərləri isə Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində tutulublar. Bu barədə Noyabrın 3-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ayın 4-5-də ölkə ərazisində aksiya keçirməyi planlaşdıran qadağan olunmuş "Artpodqotovka" hərəkatı özəyinin üzvləri saxlanılıb. Hərəkatın lideri, millətçi Vyaçeslav Maltsev cinayət təqibindən ehtiyatlanaraq Rusiyanı tərk etməli olub. Dövlət Dumasına seçkilərdən sonra o, Rusiyada inqilab hazırladığını bildirib. Liderin iddiasına görə, inqilab 5 noyabr 2017-ci il tarixində baş tutmalı idi.