İraqın Kərkük şəhərində ardıcıl iki terror aktı törədilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, ilk partlayış kamikadze tərəfindən həyata keçirilib. Terrorçu özünü insanların çox olduğu ərazidə partladıb.
Digər terror hücumu isə "Həşdi Şabi könüllü ordusunun ofisinə edilib. Belə ki, bomba ilə yüklənmiş avtomobil ofisin yanında partladılıb.
Teraktlar nəticəsində 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı açıqlanıb.