Pələng zooparkın qadın əməkdaşına hücum edib. Hadisə Rusiyanın Kalininqrad şəhərində baş verib. O, xəstəxanaya yerləşdirilib. 

UnikaL.org xəbər verir ki, bu barədə TASS-a heyvanat parkının mətbuat xidmətindən məlumat verilib: 

"Hadisə zooparkın yırtıcı və kürəkayaqlılar şöbəsində heyvan baxıcısının başına gəlib. O, hazırda xəstəxanada şok vəziyyətindədir".