Hindistanın Xaryana ştatında zavodda baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb.
Partlayışdan sonra yanğın başlayıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Xisara şəhərinin yaxınlığında baş verib. Polisdə olan məlumata görə, bütün yaralananlar xəstəxanalara yerləşdirilib, onlardan 7-nin vəziyyəti kritik olaraq qiymətləndirilir. 

Qeyd olunur ki, partlayış yağ sızması nəticəsində baş verib.