Türkiyənin məşhur milliyet qəzeti Azərbaycan mətbuatına istinadla İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM ticarət mərkəzində saxlanılan azərbaycanlılar barədə geniş informasiya dərc edib. Məlumatlar Türkiyənin digər məşhur mətbuat orqanlarında da dərc olunub. 

Unikal.org həmin məlumatı oxuculara təqdim edir:

Azərbaycan mediasına görə, "Ömür AVM ticarət mərkəzində əməliyyat zamanı Rusiya və Qafqazın ən böyük Azeri mafiya liderlərindən olan Lotu Quli ləqəbli Nadir Salifova sui-qəsd hazırlığına görə bir qrup Azərbaycanlı saxlanılıb.

Saxlanılanlar arasında ötən il Beşiktaşda öldürülən Azeri mafiya rəhbəri Rövşən Canıyevin qardaşı Namik Canıyev də var.

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat zamanı, Türkiyənin məşhur mafiya şəbəkəsi 'Şirinler Qrupu'nun rəhbəri Mehmet Səbri Şirin və onun adamları saxlanılıb. Bu əməliyyatla bağlı mühüm iddia Azərbaycan mediasında irəli sürüb. Buna görə nəzarətə alınan və aralarında Azərbaycanlıların da olduğu qrup Lotu Quli ləqəbli Azeri mafiya lideri Nadir Salifova sui-qəsd hazırlayan zaman ələ keçirilib. Səlifovun qaldığı evə hücum etmək üçün hazırlanan 11 nəfərlik qrup ələ keçirilib. Qrupa isə aralarında Beşiktaşda öldürülən azərbaycanlı mafiya liderinin qardaşı Namik Canıyev rəhbərlik edib...

Qeyd edək ki, Namik Canıyev 17 avqust 2016-cı ildə Beşiktaşda öldürülən azərbaycanlı mafiya lideri 'Qarabasma' ləqəbli Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı ... İddialara görə, Canıyev qardaşının intiqamını almaq üçün Türkiyədəki Lotu Qulinin izləyib və onu aradan götürmək üçün Türk mafyası ilə təmas qurub. Buna görə, Ömür Ticarət Mərkəzində Türk mafia lideri ilə görüş keçirib.

Xatırladaq ki, Lotu Qulu ilə Rövşən Lənkəranski arasında müharibə Ukrayna, Gürcüstan və Türkiyə, Rusiyanın aparıcı mafiya liderlərindən olan Ded Xasanın 2013-cü il 16 yanvar tarixindən başlayıb.

Bundan sonara Ded Xasanın ölümündə günahlandırılan Lənkəranski ötən il Türkiyədə qətlə yetirildi. Bu sui-qəsdə görə isə Lotu Quli günahlandırıldı. Sui-qəsdə bir başa əli olan Elşən Əmircanski 11 Sentyabr 2017-ci ildə Gürcüstanda öldürüldü.