Ukraynanın paytaxtı Kiyev şəhərində məhkəmə qarşısında mitinq keçirənlər ölkə Daxili İşlər Nazirliyinin müşaviri Zoryan Şkiryakı döyüblər.

Unikal.org xəbər verir ki, bu barədə "İcmalçı" nəşri xəbər yayıb.

Qeyd edək ki, cinayət və mülki işlərə baxılması üzrə Ukrayna Ali İxtisaslaşdırılmış Məhkəməsinin binası yaxınlığında bu gün daha əvvəl məhkum edilmiş sərhədçiyə dəstək məqsədilə mitinq keçirilir. Nazirin müşaviri məhkumu dəstəkləməyə gəlib.

Ancaq məhkəmə binası qarşısında əksəriyyəti kamuflyaj formasında olan onlarla insan "nəhayət, əlimizə keçdin" deyə qışqıraraq nazir müşavirini əhatəyə alıb və söyərək döyüb.