Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edərək, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, danışıqlar Soçi şəhərində keçiriləcək.

Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Rusiyaya bu ilin mayın 3-də səfər edib.