Xəbər verdiyimiz kimi, Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatını 1-ci pillədə başa vuran kişilərdən ibarət Azərbaycan yığması ümumilikdə 3-cü çempionluğunu qazanıb.

Unikal.org xəbər verir ki,  ümumiyyətlə, 1957-ci ildən keçirilən yarışda 7 yığma qitə çempionluğu sevinci yaşayıb.

Millimiz bu göstəricidə yalnız artıq mövcud olmayan SSRİ (9) və Rusiyadan (4) geri qalıb. 

1. SSRİ - 9

2. Rusiya - 4

3. Azərbaycan - 3 (2009, 2013, 2017) 

4. Hollandiya -2

5. Ermənistan - 1

6. Almaniya - 1

7. İngiltərə - 1

Qeyd edək ki, şahmatçılarımız qitə birinciliyində 3 çempionluqdan əlavə, 1 dəfə gümüş, 1 dəfə isə bürünc medallara yiyələnib.