Türkiyənin Samsun əyalətində bir ailənin evində baş verən yanğın nəticəsində 3 nəfər xəsarət alıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, birmərtəbəli evdə bilinməyən səbəbdən yanğın baş verib.

Azərbaycanlı ailənin yaşadığı evdən çıxan dumanı ətrafdakı polislər görüb.

Hadisə yerindəki ilkin tibbi yardımdan sonra vəziyyətləri ağır olan yaralılardan Aynur(45) və Murat Allahverdiyeva (49) təcili yardım maşını ilə, oğulları isə təcili yardım vertolyotu ilə Samsundakı Hövzə Dövlət Xəstəxanasına aparılıb.

Yanğını görüb müdaxilə edən polis əməkdaşı İsmayıl Şahin mətbuata açıqlamasında "Gəncin yanaraq özünü çölə atdığını gördük deyib.