Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran əfsanəvi Andrea Pirlo "Milanda komanda yoldaşı olmuş Cennaro Qattuzo ilə bağlı xatirələrini bölüşüb.

Unikal.org xəbər verir ki, İtaliya millisinin keçmiş üzvü Qattuzo haqqında maraqlı fikirlər ifadə edib:

"Qattuzo bağırırdı, əcaib səslər çıxarırdı, qəribə hərəkətlər edirdi, ortalığı qarışdırırdı. O, hər dəfə ağzını açıb danışanda ortalıq Braziliya karnavalına çevrilirdi. Onunla çox yaxşı dostluğumuz var idi.

Bir dəfə klubla yeni müqavilə bağlamaq üçün danışmaq lazım gələndə onun əvəzinə mən gedib Qallianiylə ("Milanın idman direktoru) danışdım. Bundan əlavə bir dəfə zarafat edəndə, Qattuzo məni vurdu. Mən də əvəzində ondan telefonunu alıb, Qallianiyə mesaj yazdım: "İstədiyimi versən, bacımla bərabər olmağına icazə verərəm. Qattuzo buna görə çox hirsləndi. Telefonu məndən alıb Qallianiyə "Pirlo yenə axmaq zarafatlar edir yazdı.