Uelsin sabiq dövlət naziri Karl Sarcent evində ölü tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun intihar etmiş ola biləcəyi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 48 yaşlı sabiq nazir haqqında təcavüz iddiaları yayıldığı üçün noyabrın 3-də istefa vermişdi. O, daha sonra üzvü olduğu İşçi Partiyasından da qovulmuşdu.

Sarcent evli və 2 uşaq atası idi.(qafqazinfo.az)