Bakıda sərnişinlər küçələrdə qaldı

Bakı Nəqliyyat Agentliyinin Nərimanov-Sədərək istiqamətində hərəkət edən marşrut avtobusu 7-10 dəqiqə intervalla hərəkət etməli olsa da, axşam saatlarında bu zaman müddəti saatlarla uzanmağa başlayır.

Unikal.org-un məlumatına görə, bu gün axşam saatlarında sərnişinlər eyni vəziyyətlə qarşılaşmalı olub, mənzilbaşına gedib çıxa bilməyiblər. Belə ki, marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 18:00-dan sonra demək olar ki, qeybə çəkilir. "Sədərək Ticarət mərkəzi bağlandıqdan sonra marşrut sürücüləri həmin xətt üzrə hərəkət etməy' lüzum görmür və sərnişinləri çətin vəziyyətdə qoyurlar.

Bu gündə sərnişinlər saat 19:00-dan etibarən 1 saatdan çox marşrut gözləsələr də 211 saylı avtobuslar gözə dəyməyib.

Bakı Nəqliyyat Agentliyi dəfələrələ sözügedən marşrut xəttinin gecə saat 12-dək fəaliyyət göstərdiyini bəyan etsə də görünən odur ki, xəttin sahibkarı dövlət qurumunu yalan danışmağa məcbur edir.

Nəticədə isə "Yeni Yasamal "Sədərək Ticarət Mərkəzi istiqamətinə getməli olan sərnişinlər küçələrdə qalıb.

Belə məlum olur ki, xəttin sahibkarı və sürücülər yalnız biznes məqsədini güdür və sərnişinlərn mənzilbaşına çatdırılması onlar üçün maraqlı deyil.

Əgər belə olmasaydı, avtobuslar saat 19:00-dan sonra qeybə çəkilməzdi.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mövqeyini də dərc etməyə hazırıq.